Saatlıda zəlzələ olub

Saatlıda zəlzələ olub
12 May 2017
Mətni dəyiş
Bu gün, mayın 11-i səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.
Abzas.net xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.
Episentrdə zəlzələ 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Zəlzələnin həmçinin, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad və Füzuli rayonunda da hiss olunduğu bildirilir.
Dağıntı və tələfat haqqında, hələlik, məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun