Reuters: ABŞ Suriya hökümətinə məxsus qüvvələrə hava hücumu təşkil edib

Reuters: ABŞ Suriya hökümətinə məxsus qüvvələrə hava hücumu təşkil edib
19 May 2017
Mətni dəyiş
Suriyada hökumət qüvvələrinə aid konvoya Amerika Birləşmiş Ştatları liderliyindəki koalisiya hava qüvvələri tərəfindən hücum təşkil edilib.
Abzas.net xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi hücumun İordaniya sərhədində reallaşdığını açıqlayıb.
ABŞ rəsmisi AFP Xəbər Agentliyinə şərhində isə, "At-Tanf bölgəsində yerləşən koalisiya qüvvələrinə aid hərbi bazaya doğru irəliləyən konvoy, vurulmadan əvvəl dəfələrlə xəbərdar edildi", - deyə qeyd edib.
Hava hücumunun konvoyun ön hissəsində yer alan nəqliyyat vasitələrini hədəf aldığı da ifadə edilib.
Reuters xəbər agentliyi başqa bir mənbəyə istinadən yaydığı xəbərində, hərbi bazaya 27 kilometr qala vurulan və 12 yük maşınından ibarət konvoyda "İran və Suriyalı polislərin olduğunu" bildirib.
At-Tanf bölgəsindəki hərbi bazada ingilis və amerikan ordusuna bağlı hərbçilərin olduğu və buranın daha əvvəl hədəf alındığı məlumatı paylaşılıb.
Konvoyu dayandırmaq üçün, Suriya hökuməti ilə əməkdaşlıq halında olan Rusiya ilə də təmasa keçildiyi, hücumdan əvvəl isə son olaraq xəbərdarlıq atışı edildiyi açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun