17 May 2017
Mətni dəyiş
Bundan sonra Tacikistanda prezidentə sadiqlik andını pozan məmurlar intizam məsuliyyətinə cəlb olunacaqlar.
Bu barədə mayın 17-də Azadlıq Radiosunun Tacikistan xidməti məlumat yayıb.
Bundan başqa məmurlar hər il vergi orqanına gəlir və əmlakları barədə bəyannamə təqdim etməlidirlər.
Tacikistan hökuməti ilə bağlı qanuna muvafiq düzəliş parlamentin mayın 17-də keçirilən iclasında qəbul edilib.
Ölkə prezidenti Emomali Rakhmon hələ ötən ilin iyulunda hökumət və parlament üzvləri barədə qanun imzalayıb.
Qanuna əsasən hökumət üzvləri işə bağlamazdan əvvəl prezidentə sadiqlik andı içməli və ölknin beynəlxalq imicinin artmasına xidmət edəcəklərini vəd etməlidirlər.
Bu 2016-cı il mayın 22-də keçirilən ümumxalq referendumunda qəbul olunmuş 41 düzəlişdən biri idi.