Mosuldan qaçış davam edir

Mosuldan qaçış davam edir
17 May 2017
Mətni dəyiş
İraqın Mosul şəhərinin qərb hissəsində terror təşkilatı İŞİD ilə davam edən qarşıdurmalar səbəbindən vətəndaşlar evlərini tərk edərək, etibarlı bölgələrə qaçmağa davam edir.
Abzas.net xəbər verir ki, "Anadolu Agentliyi"-ndə yer alan məlumata görə, İŞİD-in İraqdakı son "qalası" Mosulun geri alınması üçün sona gəlinərkən, təhlükəsizlik qüvvələri və terrorçuların atəşi arasında qalan vətəndaşların qaçışı davam edir.
Şəhərin qərb hissəsində İŞİD üzvləri ilə şiddətli qarşıdurmaların çıxdığı Ər-Rifai və 17 iyul məhəllələrində yaşayan dinc sakinlər, tapdıqları ilk fürsətdə yanlarına yüngül əşyaları götürərək ordu qüvvələrinin nəzarətində olan məhəllələrə keçir.
Bölgəyə gedən "Anadolu Agentliyi"-nin jurnalist komandası, bəzi vətəndaşların yalın ayaqla qaçmağa çalışdığını müşahidə edib.
Təşkilatın əsarəti altında təxminən 3 ildir həyat mübarizəsi verən vətəndaşlar, niyə yalın ayaqla qaçırsınız sualına, "Bu işgəncədən xilas olmaq üçün özümüzü küçəyə atdıq. Maşınla gedə bilmədik, çünki döyüş təyyarələri ya da İŞİD-in hədəfi halına gələ bilərik" cavabını verib.
Xilas olduqlarını və etibarlı bölgələrə keçdiklərini hiss edən sakinlərin ilk etdiyi şey, İŞİD tərəfindən istifadə edilməsi qadağan edilən mobil telefonları ilə qohum və yaxınlarıyla danışmaq olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun