26 May 2017
Mətni dəyiş
Misir rəsmilərinin bildirdiyinə görə, Qibti xristianların olduğu avtobusa edilən silahlı hücum zamanı azı 23 nəfər qətlə yetirilib.
Hücum zamanı 25 nəfərin də yaralandığı deyilir.
Reuters xəbər agentliyinin məlumatında avtobusdakı qrupun Qahirənin cənubundakı monastıra getdikləri bildirilir.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
Misirdə əhalisinin yalnız 10 faizini təşkil edən qibtilər 2013-cü ildə islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra xristianlar əleyhinə zorakılıqların əsas hədəfinə çevrilib.