Lapshin-in səhhətində problemlər var

Lapshin-in səhhətində problemlər var
5 May 2017
Mətni dəyiş
Azərbaycanda həbsdə olan bloger Alexander Lapshin-in səhhətində problemlər var.
Bu haqda onun həyat yoldaşı Yekaterina Lapshina bildirib. O, sosial şəbəkələrdə blogerdən pis xəbərlər aldığını yazır.
“Alexander-dan pis xəbər var. O, hazırda təcridxananın sanitar bölməsində saxlanılır. Ancaq vəziyyəti yaxşı deyil”, deyə bildirən Yekaterina həyat yoldaşının taxikardiya və nevrologiyadan əziyyət çəkdiyini xatırladır.
“Ayağında və belində kəskin ağrılar var. O, gəzə bilmir və normal otura bilmir. Gecələr isə əzələlərində qıcolmalar baş verir. Normal müalicəyə ehtiyacı var. Təcridxananın həkimləri isə ona diklofenat verməklə kifayətlənirlər”, deyə blogerin xanımı yazır.
Turan-ın məlumatına görə, Rusiya, Ukrayna və İsrail vətəndaşı Alexander Lapshin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.
O, 2016-cı ilin sonlarında Belarusda saxlanılıb, fevralın 7-də isə Azərbaycana ekstradisiya olunub. O, bir neçə il həbs cəzasına məhkum edilə bilər. Vəkillərinin bildirdiyinə görə, onun istintaqı bitmək üzrədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun