Mançesterdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürmüş "İslam Dövləti" (İŞİD) silahlı qruplaşması hazırda öz qısa tarixinin ən ağır vaxtlarını yaşayır. Yaraqlılar Suriyada ard-arda məğlubiyyətə düçar olurlar.
Koalisiya qüvvələri İŞİD-in Suriyadakı mövqelərini hər gün havadan və qurudan hücuma məruz qoyurlar. İŞİD (yaxud İD) göz qabağında kiçilərək süqut etməkdədir. Son il ərzində silahlıların nəzarətində olan ərazi iki dəfə kiçilib. İŞİD bir çox strateji mühüm şəhərdən çıxmalı olub. Qruplaşmanın iqtisadi bazası, ən əsası isə, xilafətə inam məhv edilib.
Hələ oktyabrda İŞİD-in əsaslandığı, dünyanın sonuna dair proqnozlara ciddi zərbə dəydi. İŞİD-çilər deyirdilər ki, müharibənin əsas döyüşü Dabık şəhərində baş tutacaq. Onlar burada "əsl mömin"lərin yekun qələbə qazanacağını deyirdilər. Ancaq Dabık cəmi bir neçə günlük döyüşlərdən sonra Türkiyə qoşunlarına təslim oldu. Yaxın zamanlarda xilafətin paytaxtı Rakka şəhəri də təslim olmalıdır.
QAÇQIN DÜŞƏRGƏLƏRİ DOLUDUR
Artıq döyüşlər şəhərin yaxınlığında gedir. İŞİD açılan atəşlərə və hava zərbələrinə, əsasən, intiharçı hücumları ilə cavab verir. Artıq Rakka yaxınlığındakı qaçqın düşərgələri ağzına qədər doludur. İnsanlarsa gəlməkdədir.
ABŞ prezidenti Donald Trump və türkiyəli həmkarı Recep Tayyip Erdoğan mayın 16-da Rakkaya kimin hücum edəcəyini müzakirə ediblər, ancaq razılığa gələ bilməyiblər.
"Arvadım İŞİD-ə qoşulub"
[embed]https://flashvideo.rferl.org/Videoroot/Pangeavideo/2016/06/f/f8/f8729cdd-474a-43db-bcac-15df6b09dc68.mp4[/embed]
"Biz ABŞ-a dedik ki, Rakkada əməliyyat keçirmək istəyirsinizsə, keçirin, amma bizsiz. Türkiyə terror təşkilatları ilə birlikdə əməliyyata qatılmayacaq. Onlara uğurlar2, – Türkiyə prezidenti söyləyib.
Fikir ayrılığının səbəbi ABŞ-ın Rakkaya hücumları Suriya kürdlərinin bölmələrinə həvalə etmək niyyətidir. Bura Türkiyə hökumətinin terrorçu saydığı xalq özünümüdafiə birlikləri, peşmərgələr də daxildir. Ancaq koalisiya düşərgəsində hər hansı fikir ayrılıqları hadisələrin gedişini dəyişdirməyə qadir deyil. Qondarma İŞİD-in taleyi bəllidir. Məsələ ancaq onun nə qədər ömrünün qalmasındadır.
İŞİD GEDƏCƏK, BAŞQASI GƏLƏCƏK
Bəs İŞİD-in Avropadakı terrorçu özəklərinin fəallığı onun Yaxın Şərqdəki məğlubiyyəti ilə bağlıdırmı? CurrentTimeTV-nin şərhçisi, şərqşünas Ivan Yakovin deyir ki, İŞİD Yaxın Şərqdə məğlub olsa da, onun yerini başqa bir təşkilat tutacaq. Onun sözlərinə görə, burada hər dəfə bir təşkilat məhv ediləndən sonra yerinə başqası gəlir.
Ekspert "İslam Dövləti"nin dünyadakı fəallığının artacağından ehtiyatlanır. Çox sayda İŞİD döyüşçüsünün öz vətəninə, əsasən də, Avropa ölkələrinə döndüyünü xatırladan Yakovin Avropa və Rusiyaya təhlükənin böyük olduğunu deyir.
İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
[embed]https://flashvideo.rferl.org/Videoroot/Pangeavideo/2016/11/f/f8/f8da5fd4-63e1-45ce-8d12-17a7f3017f93.mp4[/embed]