29 May 2017
Mətni dəyiş
İranın "Soha" adlı ilk əməliyyat peyki gələn il kosmosa buraxılacaq.
Bu barədə ölkənin kosmik tədqiqatlar mərkəzinin rəhbəri Həsən Haddadpur deyib.
Onun sözlərinə görə, peykin buraxılmasında məqsəd İranda kosmik tədqiqatları inkişaf etdirməkdir. Kosmik aparat Yerdən 36 min kilometr yüksəklikdə olacaq.
İran bu ilin sonuna qədər fəzaya iki telekommunikasiya peykini göndərməyi də planlaşdırır.