Türkiyədə prezident Recep Tayyip Erdoğanın yenidən AKP sədri seçiləcəyi 3-cü fövqəladə qurultay keçirilir.
Prezident Erdoğan qurultayın keçirildiyi salonun qarşısında toplaşanlara bildirib:
"Hüquqi bir ayrılığımız var idi, amma bu gün yenə sizlərləyəm".
16 Apreldə keçirilən referendumda 51.4 faiz ilə qəbul edilən konstitusiya dəyişikliyi nəticəsində "Prezident seçilən şəxsin partiyası ilə əlaqəsi kəsilməlidir" müddəası konstitusiyadan çıxarılıb.
Mayın 2-də o yeniden AKP üzvlüyünə qəbul edilib.
2019-cu ildə keçiriləcək ümumi və prezident seçkilərini xatırladaraq prezident Erdoğan onu da bildirib ki, "çox çalışaraq, üzərimizdəki şaiyələrin cavabını sandıqda verərək məhv edəcəyik".
Dəyişikliklər üçün 470 min nümayəndənin səs verməsi lazımdır.
Sərt təhlükəsizlik tədbirləri altında Türkiyə və AKP bayraqları tutan zaldakı kütlənin tez-tez "Recep Tayyip Erdoğan" dediyi eşidilir.
Bundan təqribən 3 il əvvəl 27 Avqust 2014-cü ildə yenə bu zalda sizlərə "Hər son yeni bir başlanğıcdır" deyərək, halallaşaraq ayrılmışdıq. Bu yalnız hüquqi bir ayrılıq idi. Ürəklərimiz heç bir zaman ayrı düşmədi. Sevincimizi də, kədərimizi də həmişə tək ürək, tək bir qəlb kimi yaşamışıq. Elə indi də tam 998 gün sonra yenə eyni salonda, "Bəli, harada qalmışdıq" - deyərək yenidən bir yerdəyik", - Erdoğan çıxışında bildirib.