Donald Trump impiçmentə məruz qalacaqmı? - xarici ekspertlər

Donald Trump impiçmentə məruz qalacaqmı? - xarici ekspertlər
22 May 2017
Mətni dəyiş
Bu həftə Vaşinqtonda siyasi baxımından həyəcanlı keçdi, ona görə ki, prezident Donald Trump Rusiyanın rəsmi şəxsləriylə məxfi kəşfiyyat məlumatların bölüşdüyünün nəticələriylə rastlaşdı.
Demokrat Partiyanı təmsil edən qanunvericilər prezident Trump barəsində impiçment proseduruna əl atmağa çağırırlar. Lakin bu mümkündürmü? Və, ümumiyyətlə, nə dərəcədə ehtimal ediləndir?
Məhz belə suallarla Amerikanın ABC korporasiyasının informasiya xidməti Corc Vaşinqton Universitetinin hüquq professoru – Jonathan Turley (Conatan Terli) müraciət edib.
Professor Turley 20 il əvvəl Bill Clinton barəsində impiçment haqqında dinləmələrdə ifadə vermişdi, bundan başqa, o, bir federal hakimin işi üzrə məhkəmə təhqiqatının gedişatında müdafiə tərəfindən əsas vəkil idi.
Bəs əslində impiçment nədir?
İmpiçment prosesin köməyi ilə Konqres qüvvədə olan prezident barəsində cəzalanmalı cinayət haqqında ittihamı irəli sürə bilər və sonra onun vəzifədən azad etmə prosedurunu başlada bilər.
Bunun üçün Nümayəndələr Palatasında səs çoxluluğunu almaq tələb olunur və əgər bütün prosedur müvəffəqiyyətli olacaqsa, onda prezident öz vəzifəsindən kənarlaşdırılmış ola bilər.
Amerika tarixində iki prezident impiçmentə məruz qalıb — Andrew Johnson və Bill Clinton, və hər ikisi sonradan bəraət qazanıblar.
Məlum olduğu kimi, prezident Richard Nixon üçün 1970-ci illərdə Uotergeyt qalmaqalı ilə əlaqədar olaraq impiçment ehtimalı var idi, ancaq o prosesin başlanmasına qədər istefa etdi.
Bununla belə, Birləşmiş Ştatların Konstitusiyası elə şəkildə təşkil edilib ki, prezidentin vəzifədən azad edilməsi prosesi olduqca mürəkkəb olsun, – professor Turley bunu vurğulayıb.
"(Sistem) prezidentə qeyri-populyar qərarları qəbul etmək imkanını təmin edir — əgər Lincoln parlament sistemi çərçivəsində hərəkət etsəydi, o vətəndaş müharibəsini müvəffəqiyyətlə qurtara bilməzdi".
"İmpiçment çox diqqətli və ehtiyatlı münasibəti tələb edir və tarix göstərib ki, Konqresin hər iki palatası bu proseduru ən ekstremal vəziyyət üçün saxlayır".
Trump barəsində impiçment tətbiq edilə bilərmi?
Qısa desək, hələlik yox. Cənab Trump prezident vəzifəsində olarkən, hər cür ziddiyyət və mübahisəyə səbəb ola bilər və yalnız çox ciddi qanun pozulması impiçmentə gətirib çıxara bilər.
Professor Turley vurğulayır ki, "impiçment prosedurunun tətbiqi üçün olduqca pis hərəkət edilməlidir".
Son nəticədə cənab Trump əcnəbilərin müəyyən qrupları üçün və sığınacaq (sanctuary cities) verən şəhərlər haqqında ölkəyə giriş qadağasına qarşı məhkəmələrin qərarlarına tabe oldu.
"Trump James Comey-ni vəzifəsindən azad etmək hüququna malik idi. Onun heç bir sadalanan hərəkətlərini düzgün adlandırmaq olmaz, lakin hamısı qanunidir", — professor Turley qeyd edir.
Amma əgər prezident Ali Məhkəmənin qərarına tabe olmayacaqsa, o halda, professor Turley hesab etdiyi kimi, bu konstitusiya böhranı üçün səbəb olacaq və impiçment üçün əsas yaradacaq.
Niyə bu qədər insan impiçmentə çağırır?
İmpiçmentə çağıran Demokratların səsləri bazar ertəsindən güclənib. Onlara  başqa insanlar da qoşulub, həmçinin Bob Baer – Yaxın Şərqlə məşğul olan MKİ-in keçmiş operativ əməkdaşı.
"O, bir çox səbəblərdən bu vəzifəyə uyğun deyil, və o, şübhəsiz, anlamır ki, Ədliyyə Nazirliyi müstəqil olmalıdır, FTB kimi", — Bob Beri The World Today proqramının müxbiriylə söhbətdə bildirdi.
"İmpiçmentdən başqa hansı imkanlar mövcuddur?"
Professor Turley impiçmentin keçirilməsinə çağırışları səhv hesab edir.
"Problemin bir hissəsi ondan ibarətdir ki, çoxları impiçmenti prezidentliyin dayandırılma üsulu hesab edirlər və bunu faciəli kimi qəbul edirlər — ancaq bu prosedur onun üçün nəzərdə tutulmayib və bu cür məqsədlər üçün istifadə oluna bilməz”.
"Vaşinqtonda bu gün, biz Virciniyada "ov həyacanı” adlandıran tendensiya müşahidə olunur. Ovçular hərəkət edən hər şeyə doğru atəş açanda bu cür hallar baş verir və biz səslənən çağırışlardan bəzilərində buna oxşarı görürük. Əslində, insanların heç bir ümidlərinə baxmayaraq, biz hələ müəyyən hüduda çatmamışıq", — bunu Turley vurğulyıb.
Bununla belə, cənab Trump hələ seçkilərdən əvvəl yaranmış Hillary Clinton-un elektron poçtu haqqında mübahisəylə əlaqədar olan onun şərhlərində ikiüzlülük haqqında kritik hücumların  obyekt olmuşdu.
Tərcümə: Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun