Çin və Rusiya birgə təyyarə istehsal edəcək

Çin və Rusiya birgə təyyarə istehsal edəcək
24 May 2017
Mətni dəyiş
Çinin dövlət şirkəti "Commercial Aircraft Co. (COMAC)" və Rusiyada dövlətə bağlı "United Aircraft Corp", "Commercial Aircraft Corporation Ltd" (Çin-Rusiya Kommersiya Təyyarələri Şirkəti) adı ilə ortaq bir şirkət yaradıb.
İki ölkə, yarı-yarıya birgə olduqları şirkət vasitəsilə ABŞ-ın "Boeing" və Avropanın "Airbus" şirkətlərinə rəqib olacaq geniş gövdəli təyyarə inkişaf etdirməyi hədəfləyir. Layihənin 13-20 milyard dollara başa gələcəyi bildirilir. Rusiya Prezidenti Vladimir Putin və Çin Dövlət Başçısı Şi Cinpingin ötən il təyyarə istehsalı üçün razılığa gəldiyi qeyd edilib. "Boeing"in 787 və "Airbus"ın A350 modelinə rəqib olacaq 280 kreslo yeri olan təyyarə üçün 3 illik ilkin iş aparıldığı və istehsalın 10 il ərzində tamamlanmasının planlaşdırıldığı açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun