BMT: Təyyarə bortunda noutbuk şəklində bomba – yalnız vaxt məsələsidir

BMT: Təyyarə bortunda noutbuk şəklində bomba – yalnız vaxt məsələsidir
19 May 2017
Mətni dəyiş
BMT-nin antiterror komitəsinin qənaətinə görə, ekstremist qruplaşmaların təyyarələrdə noutbuk və planşet şəklində partlayıcı qurğulardan istifadə etmələri faktiki olaraq qaçılmazdır və bu yalnız bir vaxt məsələsidir.
"Sual isə belə bir hadisə baş verməyəcəkmi şəklində deyil, nə zaman baş verəcək şəklində qoyulmalıdır",-deyə BMT-nin antiterror komitəsinin başçısı Jean Paul Laborde bildirib.
ABŞ və Avropa İttifaqı noutbuk və planşetlərin Avropadan ABŞ-a gələn uçuş reyslərində əl çantasında aparılmasına icazə verilməsi barədə qərar qəbul edib.
BMT bu bəyanatı ABŞ və Aİ-nın qərarından sonra verib. Bir qədər əvvəl ABŞ və Böyük Britaniya əhalisi əsasən müsəlman olan Yaxın Şərq və Şimali Afrika ölkələrindən gələn reyslərdə noutbuk və planşetlərin əl çantası kimi təyyarənin bortuna daxil edilməsini qadağan etmişdi.
Laborde-nin fikrincə, Avropa reyslərində partalyışın təşkil olunması təhlükəsi həddən artıq ciddidir.
Antiteror komitəsinin başçısının sözlərinə görə, Avropa ölkələri üçün əsas təhlükə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Suriya və İraqdan Avropaya qayıdan döyüşçüləridir.
İD Suriya və İraqda mövqelərini əldən verdiyinə görə, ölkəsinə qayıdan döyüşçülərin (əsasən Avropa ölkərindən gələnlər) sayı artır.
Laborde-nin sözlərinə görə, onlar əvvəllər hücum edənlərdən daha təhlükəlidirlər.
"Ümumilikdə, bu insanlar daha qətiyyətli, daha təcrübəli və daha yaxşı təlim keçiblər ",-deyə Laborde qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun