Azərbaycan alması satmaqda günahlandırılan 4 erməniyə cinayət işi açılıb

Azərbaycan alması satmaqda günahlandırılan 4 erməniyə cinayət işi açılıb
11 May 2017
Mətni dəyiş
Ermənistana, Azərbaycan alması da daxil olmaqlaqanunsuz yolla böyük miqdarda kənd təsərrüfatı məhsulları gətirilməsi ilə bağlı cinayət işi çərçivəsində 4 nəfər saxlanıb.
Bu barədə mayın 11-də Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir.
Onlardan ikisi (A.F və A.E) Yerevan sakini, ikisi isə (A.X və Q.T) Tavuş vilayətinin Baqrataşen icmasındandılar.
Ermənistan istintaq komitəsinin məlumatına görə, istintaq zamanı bəlli olub ki, xüsusilə Yerevan sakinləri 2017-ci ilin yanvarından aprelin 24-nə kimi müxtəlif vaxtlarda Baqartaşen gömrük məntəqəsindən Ermənistana böyük miqdarda deklarasiya edilməmiş kənd təsərrüfatı məhsulları keçiriblər.
İstintaqın məlumatına görə, onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, “Malatiya” bazarında qanunsuz məhsul satıb və buna görə vergi ödəməyiblər.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bu günlərdə Ermənistan mətbuatında Ermənistan bazarlarında Azərbaycan alması peyda olması barədə məlumatlar peyda olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun