18 May 2017
Mətni dəyiş
Avropa komissiyası cümə axşamı Facebook sosial şəbəkəsini Whatsapp ismarıc xidmətini alarkən yalan məlumat vermək iddiası ilə 120 milyon dollar məbləğində cərimələyib.
"Bugünkü qərar şirkətlərə sərt mesaj göndərir ki, onlar Aİ qaydalarını yerinə yetirməli, o cümlədən düzgün məlumat verməlidirlər", Aİ-nin rəqabət üzrə komissarı bəyanatında bildirib.
Tənzimləyici 2014-ci ilin sonunda sosial sektorda rəqabət üçün təhlükə aşkar etmədikdən sonra, Whatsapp-ın alınmasına icazə verib.
Avropa Komissiyasının bəyanatına əsasən, Facebook, şirkəti alan zaman bildirib ki, "iki xidmətdə istifadəçilərin hesablarını əlaqələndirməyə imkan verən etibarlı avtomatlaşdırılmış sistem yarada bilmir".
Lakin 2016-ci ilin avqustunda Facebook Whatsapp yenilənməsi barədə məlumatında bildirib ki, hesabları mobil nömrə ilə bir-birilə bağlamaq mümkündür.
Bundan sonra aparılan istintaq müəyyən edib ki, şirkət yanlış məlumatlar verib, Facebook və Whatsapp hesablarını əlaqələndirmək üçün texniki imkanlar 2014-ci ildən mövcud olub.
Oktyabr ayında Facebook yerli hakimiyyətlərin təzyiqi ilə Avropa İttifaqında istifadəçilərin məlumatlarının Whatsapp vasitəsilə yığımını müvəqqəti dayandırıb.