Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
26 May 2017
Mətni dəyiş
Bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Bu barədə  A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Onun sözlərinə görə, yaxın günlərdə iş materialları ilə tanış olacaq.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun