ABŞ: Rusiya səfirliyinin qarşısındakı küçəyə Nemtsovun adı verilə bilər

ABŞ: Rusiya səfirliyinin qarşısındakı küçəyə Nemtsovun adı verilə bilər
18 May 2017
Mətni dəyiş
ABŞ Konqresinin milli təhlükəsizlik və hökumət işləri üzrə senat komitəsi Rusiyanın Washington-dakı səfirliyinin qarşısındakı küçənin 2015-ci ildə qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun şərəfinə dəyişdirilməsi barədə qanun layihəsini dəstəkləyib.
Qanun layihəsini respublikaçı Marco Rubio təqdim edib. Layihəyə əsasən Wisconsin prospekti ilə kəsişən küçənin adı dəyişdirilərək "Boris Nemtsov Place" adlandırılacaq və Rusiya səfirliyi məhz bu ünvanı göstərməli olacaq.
Qanunun qüvvəyə minməsi üçün onu ABŞ Konqresi və prezident Donald Trump təsdiqləməlidir.
Müxalifətçi siyasətçi 2015-ci il fevralın 27-də gecə saatlarında qətlə yetirilib.
Qətldə 5 çeçen - Zaur Dadayev, Anzor və Şadid Qubaşev, Ramzat Baxayev və Tamerlan Əskərxanov ittiham olunur. Onların hamısı məhkəmədə günahkar olmadıqlarını bildiriblər.
Aparılan istintaq isə qətlin beynəlxalq axtarışda olan Ruslan Muxidinov və həmçinin naməlum şəxslərdən ibarət qrup tərəfindən təşkil olunduğu fikrindədir.
Boris Nemtsovun nümayədələri istintaqın nəticələrindən razı deyillər.
Onlar dəfələrlə Çeçenistan başçısı Ramzan Kadırova və digər yüksək rütbəli məmurlara bu işlə bağlı müraciət etsələr də, onların müraciətii rədd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun