Əfqanıstanda ABŞ konvoyuna hücum olub

Əfqanıstanda ABŞ konvoyuna hücum olub
19 May 2017
Mətni dəyiş
Birləşmiş Ştatlar ordusu Əfqanıstanın paytaxtı Kabildən şimalda, Amerikanın hərbi konvoyunun keçdiyi yerdə yol kənarına yerləşdirilmiş bombanın partladığını, lakin xəsarət alanların olmadığını bildirib.
Yerli TOLOnews televiziya kanalı şahidlərə istinadən Pərvan vilayətinin Çarikar şəhərində həyata keçirilən hücum zamanı bir neçə nəfərin xəsarət aldığı barədə xəbər yayıb.
Birləşmiş Ştatlar konvoyunun Əfqanıstandakı missiyası Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə birlikdə əməliyyatlar keçirməkdir.
Hücumun məsuliyyətini üzərinə götürən Taliban bir neçə ABŞ əsgərinin öldüyünü bildirib.
Digər xəbərdə isə Nanqarhar vilayətində bir polis işçisinin 5 həmkarını öldürdüyü xəbər verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun