Samur meşəsində yanğın baş verib

Samur meşəsində yanğın baş verib
27 Aprel 2017
Mətni dəyiş
Rusiya-Azərbaycan sərhədindəki Samur meşəsində yanğın baş verib.
APA-nın məlumatına görə, Dağıstanın Rusiya-Azərbaycan sərhədində yerləşən Məhərrəmkənd rayonunda 2 hektara yaxın böyürtkən kolu və kiçik ağaclar yanıb.
Hadisə ilə bağlı məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan şöbəsində ötən axşam daxil olub. Yaşayış məntəqələri üçün yanğın təhlükəsinin olmadığı deyilir. Yanğının söndürülməsi üçün 2 ədəd texnika və 40-a yaxın insan cəlb olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun