4 Aprel 2017
Mətni dəyiş
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb.
Abzas.net Diaspor.az saytına istinadən xəbər verir ki, bu, 20 yaşlı Əliyeva Dilbarədir. Əliyeva Dilbarə Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Diaspor fəalının sözlərinə görə, mərhum aprelin 4-də saat 10:00 da son mənzilə yola salınacaq.
Aprelin 3-də Sankt-Peterburq metropoliteninin "Sadovaya" stansiyasında bombanın partlaması nəticəsində son məlumatlara görə 14 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb. "Ploşad vosstaniya" stansiyasında yerləşdirilən bomba isə zərərsizləşdirilib. Terror hadisəsində şübhəli bilinən bir neçə şəxs isə axtarışa verilib.