Ötən il 24 mindən çox şəxs inzibati məsuliyyətə cəlb edilib

Ötən il 24 mindən çox şəxs inzibati məsuliyyətə cəlb edilib
28 Aprel 2017
Mətni dəyiş
2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37490 işə baxılıb.
Statistika Komitəsinin yaydığı məlumata görə, bu, 2015-ci ilin göstəricisindən 13,6 faiz azdır. Onların 55,6 faizi idarəçilik qaydaları, 10,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10,0 faizi yol hərəkəti qaydaları, 7,8 faizi sağlamlıq, 2,1 faizi gömrük qaydaları, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 0,9 faizi ticarət qaydaları, 0,7 faizi mülkiyyət əleyhinə olan, 1,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10,0 faizi isə digər inzibati xətalarla bağlı olub.
2016-cı ildə baxılmış işlərin 65,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 21,6 faizinin icraatına xitam verilib, 12,3 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən 24649 nəfər (2015-ci illə müqayisədə 24,9 faiz az) inzibati məsuliyyətə cəlb edilib və onların 35,1 faizinə inzibati cərimə, 33,1 faizinə inzibati həbs, 24,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 3,3 faizinə xəbərdarlıq, 1,2 faizinə ictimai işlər, 3,1 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun