İslam oyunlarına 12 min polis cəlb olunacaq

İslam oyunlarına 12 min polis cəlb olunacaq
22 Aprel 2017
Mətni dəyiş
İslam oyunlarına 12 min polis cəlb olunacaq.
Abzas.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov nazirlikdə keçirilən geniş kollegiya iclasında bildirib.
O, idman tədbirinin yüksək səviyyədə təşkili məqsədilə prezidentin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrin planlı surətdə yerinə yetirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlardır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun