İkinci Dünya Müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

İkinci Dünya Müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24 Aprel 2017
Mətni dəyiş
Prezidenti İlham Əliyev aprelin 24-də İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımların verilməsi haqqında sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sərəncam həmçinin, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, təltif edilmiş şəxslərə də şamil ediləcək.
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar 1000 manat məbləğində olacaq.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslər, arxa cəbhədəki xüsusi birləşmələrin işçiləri, Leninqrad (Sankt-Peterburq) şəhərinin müdafiçiləri isə 500 manat alacaqlar.
Birdəfəlik yardımların ödənilməsindən ötrü prezidentin ehtiyat fondundan 7,2 milyon manat ayrılıb.
Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 1230-dan artıq, İkinci Dünya müharibəsi veteranı yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun