Heykəl məhbusu Bayram Məmmədov: "Fiziki məhvimin qarşısı alınsın"

Heykəl məhbusu Bayram Məmmədov: "Fiziki məhvimin qarşısı alınsın"
1 May 2017
Mətni dəyiş
Siyasi məhbus Bayram Məmmədovun vəkili  Elçin Sadıqov aprelin 29-da müvəkilli ilə görüşmək üçün 13 saylı CÇM-ə gedib. Ancaq qapıda onu bir saatdan çox gözlədiblər. 
Abzas.net xəbər verir ki, bu barədə vəkilin özü məluma yayıb. Onun bildirdiyinə görə, görüş məktubunun olmağına, bundan əvvəl də görüşməyinə baxmayaraq, ona həbsxanadan bildiriblər ki, məktubu tapa bilmirlər:
"Məktubu tapa bilmirik bəhanəsi ilə 1 saatdan çox gözlətdilər. Hiss etdik ki, istəkləri gözləməkdən bezib Bayram Məmmədovla görüşdən imtina edib geri qayıdım. Bir saatdan sonra görüşə icazə verdilər. Lakin, qol saatımı və ilk dəfə olaraq avtomobilimin açarını qanunsuz olaraq onlara verməli olduğumu bildirdilər. Etiraz etsəm görüşə icazə verilməyəcəyi bildirildiyindən avtomobilin açarını da verdim və Bayram Məmmədovla görüşdüm".
E.Sadıqovun məlumatına görə, görüş zamanı Bayram Məmmədov bildirib ki, CÇM-nin rəhbərliyinin ona münasibəti çox pisdir. Ona çatdırıblar ki, o ulu öndərin heykəlinə qarşı hörmətsizlik etdiyinə görə daim press altında olacaq.
Vəkilin bildirib ki, Bayram Məmmədov CÇM-ə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın oynadığı yerdən veriblər. Dəfələrlə CÇM-nin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq ona heç bir əhəmiyyət verilməyib.
"CÇM-nin tibb hissəsində çitramon və aspirin adlı dərmanlardan başqa dərmanın olmadığını bildirdi. Ona edilən bu pis münasibətin nəticəsində ağır xəstədir və hətta 24 aprel 2017-ci il tarixdə ağır qızdırmalı xəstə olduğuna görə dəstə rəhbərini və başqa nəzarətçiləri xəbərdar edib ki, yataq xəstəsi olduğundan axşam sıra baxışına çıxa bilməyəcək, onun xəstə olmasına görə sıra baxışına çıxa bilməyəcəyini həmin həbsxanada olan siyasi məhbus İlkin Rüstəmzadə də müəsisissə rəhbərliyinə çatdırıb. Bütün bunlara baxmayaraq xəstə-xəstə Bayramı gəzinti yerinə aparıblar və qollarını arxadan qandalla bağlayaraq gözlədiblər", - deyə E.Sadıqov bildirib.
Vəkil açıqlamasında deyib ki, Bayram Məmmədovun xəstə olduğu üçün sıra baxışına çıxmadığı barədə iki izahatını cırıblar və bildiriblər ki, o sadəcə "sıra baxışına çıxmamışam" yazmalıdır. Soyuqdan donduğundan 5-6 saatdan sonra qısa izahat yazıb ki, sıra baxışına çıxmayıb:
"Bundan əvvəl də Bayram Məmmədovu müəsissə əməkdaşları işləməyə məcbur ediblər və o bildirib ki, bura cəzaçəkmə müsəsissəsidir, islah əmək koloniyası deyil, əgər məcburi əməyə cəlb edilirsə, yazılı qərar verilsin ona. Bayram Məmmədovun bu sözündən sonra onu paltarları məcburi soyundurulub karsın (cərimə kamerası) darısqal, üstü açıq, dörd divardan ibarət gəziti yerinə salınıb və saatlarla orada saxlanılıb. Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər onun sağlamlığına ciddi təsir göstərir və müəsissəyə daxil olduğu gündən ağır xəstədir və bu hərəkətlərin nəticəsində sağalmır, sanki bu hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib".
Vəkil Bayram Məmmədovun bildirdikləri ilə bağlı rəsmi qurumlara şikayət göndərəcəyini deyib.
Siyasi məhbus Ombudsman və Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ona baş çəkməyini və onun fiziki məhvinin qarşısının alınmasını xahiş edib.
E.Sadıqov Bayram Məmmədova qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı müəsissə rəhbərliyi ilə əvvələr də söhbət etsəyinə baxmayaraq heç bir səmərəli nəticə olmadığını bildirib.
[caption id="attachment_19733" align="alignnone" width="987"] Qiyas İbrahimov (solda) və Bayram Məmmədov[/caption]
Bayram Məmmədov 2016-cı il mayın 10 -da saxlanılıb, yalnız mayın 12-də məlum olub ki, B.Məmmədov digər bir siyasi fəal Qiyas İbrahimovla birgə Nərimanov Rayon Polis İdarəsi yanındakı müvəqqəti saxlanma yerində saxlanılır.
Mayın 12-də Daxili İşlər Nazirliyi B.Məmmədovun yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb. Xətai Rayon məhkəməsi isə B.Məmmədovun barəsində həbs qətiimkan tədbiri seçib.
Gənclər saxlanarkən işgəncəyə məruz qalmaları haqda danışıblar, hakim bu faktların yoxlanması haqda qərardad çıxarıb. Amma DİN bu deyilənlərin təsdiqini tapmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsi B.Məmmədovun barəsində 10 il həbs qərarı çıxarıb.
B.Məmmədov Heydər Əliyevin heykəlinin üzərinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə həbs edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun