Elnur Məmmədli DTX-ya şöbə rəisi təyin olunub

Elnur Məmmədli DTX-ya şöbə rəisi təyin olunub
3 Aprel 2017
Mətni dəyiş
Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub.
Məlumata görə, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.
DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər. Olimpiya çempionunun hazırkı iş yeri gözlənilməz olsa da, maraqlı tarixçəsi var...
Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun