Cahangir Hacıyevin şikayətinə nə vaxt baxılacağı məlum olub

Cahangir Hacıyevin şikayətinə nə vaxt baxılacağı məlum olub
24 Aprel 2017
Mətni dəyiş
Beynəlxalq Bankın İdarə Heyətinin həbsdəki keçmiş sədri Cahangir Hacıyevin apelyasiya məhkəməsi başlayır.
Bakı Apellyasiya Məhkəməsi keçmiş bankirin şikayətinə baxışın vaxtını açıqlayıb.
Azadlıq Radiosu-nun məlumatına görə, bu haqda C.Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyev məlumat verib.
Onun bildirdiyinə görə, şikayətə hakim Əflatun Qasımovun sədrlik etdiyi məhkəmə heyəti baxacaq.
Proses mayın 5-də başlayacaq.
C. Hacıyevin apellyasiya şikayətinə daha tez baxılmalı idi. Martın əvvəlində bankirin vəkilləri Apellyasiya Məhkəməsindən şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəmişdi. Ancaq məhkəmə bu vəsatəti rədd etmişdi. Həmin rədd qərarından Ali Məhkəməyə şikayət edildiyindən proses yubanırdı.
Yeri gəlmişkən, Ali Məhkəmə də bankirin vəkillərinin müraciətini rədd edib.
Beləliklə, C.Hacıyevin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun