Bakıda bina uçub, ölən var

Bakıda bina uçub, ölən var
12 Aprel 2017
Mətni dəyiş
Bakı şəhərində bina uçub.
Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Hazırda xilasetmə işləri davam etdirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun