Avtovağzal Prezident Administrasiyasına verilməyib? - rəsmi açıqlama

Avtovağzal Prezident Administrasiyasına verilməyib? - rəsmi açıqlama
22 Aprel 2017
Mətni dəyiş
Yerli KİV-də Bakı Beynəlxalq Avtovağzalının Nəqliyyat Nazirliyindən alınıb Prezidentin İşlər İdarəsinə verilməsi barədə yalan informasiya yayılıb.
Ondan başlayaq ki, Bakı Beynəlxalq Avtovağzalı Nəqliyyat və Rabitə Nazirliyinin tabeliyində deyildi.
Digər tərəfdən, Avtovağzalın Prezidentin İşlər İdarəsinə verilməsi barədə nə Nazirlər Kabinetinin saytında, nə də “Azərtac” Agentliyinin rəsmi sənədlər bölməsində məlumat var.
Prezident Administrasiyasının mətbuat xidmətində Turan-a bildiriblər ki, onlarda belə bir informasiya yoxdur.
Əvvəllər Maliyyə və Nəqliyyat nazirlikləri mətbuata bildirmişdilər ki, Avtovağzalın tikintisinə dövlət büdcəsindən vəsait xərclənməyib. Kompleksi «Bakı XXI век» MMC tikib. Təsisçiləri isə Vircin adalarında qeydiyyatdan keçmiş “Trans European Leasing Group” LTD-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun