6 və 65 nömrəli marşrutların yolunda dəyişiklik edilib

6 və 65 nömrəli marşrutların yolunda dəyişiklik edilib
15 Aprel 2017
Mətni dəyiş
Bu gündən paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılacaq təmir işləri əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Abzas.net xəbər verir ki, dəyişikliyə əsasən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, “Azneft” dairəsi ilə yolunu gedəcək.
Bayıl-Azadlıq prospekti metro stansiyası istiqamətinə hərəkət edərkən isə “Azneft meydanı”, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə “Azneft meydanı”, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti,  Landau,  M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.
65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə  İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun