30 Mart 2017
Mətni dəyiş
Yevlax rayonunda qətl hadisəsi törədilib.
Abzas.net-in məlumatına görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə Hacıselli kənd orta məktəbinin direktoru Tağı Qurbanovu qətlə yetirib.
Hadisə məktəbin yaxınlığında baş verib. A.Musayev məktəbin çıxışında T.Qurbanovu qarşıdakı marketin arxasına çağırıb. T.Qurbanov gəldikdə isə əvvəlcə ayağına, daha sonra isə baş nahiyəsinə atəş açıb.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.
Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.