1 Mart 2017
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb.
ARDNF-in bu gün açıqladığı məlumata görə, fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 mln. dollar təşkil edib.
Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 mln. dollar satıb.
Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən aykeçirilən valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.