2 Mart 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankda(AMB) Dövlət Neft Fondunun da iştirakı ilə mart ayının ilk valyuta hərracı keçirilib.
Abzas.net xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7551 səviyyəsində formalaşıb.
Hərraca Dövlət Neft Fondu 35 milyon dollar çıxarıb.
Qeyd edək ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7514 olub.