Trump səhiyyə ilə bağlı qanun layihəsini Konqresdən keçirə bilmədi

Trump səhiyyə ilə bağlı qanun layihəsini Konqresdən keçirə bilmədi
26 Mart 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump-ın “Obamacare” tibbi sığorta sisteminin əvəzlənməsinə yönələn qanun layihəsi Konqresdən keçməyib.
Abzas.net xəbər verir ki, Trump Nümayəndələr Palatasının spikeri Paul Ryan-dan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.
Nümayəndələr Palatasında 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti Trump-ın təşəbbüsünün əleyhinə çıxış edib. Demokratlarla bərabər Respublikaçılar da yeni qanun layihəsinə qarşı olublar.
Barack Obama-nın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin hesabına sığortalanmasını nəzərdə tutur. Məlumatlara görə, 20 milyona yaxın amerikalı "Obamacare"dən fayalanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun