Saxlanılan şəxs polis şöbəsində ölüb

Saxlanılan şəxs polis şöbəsində ölüb
27 Mart 2017
Mətni dəyiş
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.
Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, R. Qarayev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun