Şəhid atası Baş Prokururluqdan Mehriban Əliyevaya şikayət ünvanlayıb

Şəhid atası Baş Prokururluqdan Mehriban Əliyevaya şikayət ünvanlayıb
18 Mart 2017
Mətni dəyiş
Süründürməçiliyə məruz qalmış şəhid atası Birinci-vitse presidentdən kömək istəyir
Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətin bir surətini də mətbuata göndəriblər. Şəhid atası baş prokururluqdan şikayət edir.
Abzas.net xəbər verir ki, Əli Hüseynov şikayətinin araşdırılmadığından şikayət edir.
“Hörmətli Mehriban xanım, Baş Prokurorluqda haqlı, ədalətli şikayətimi araşdırmaqdansa qurumun Nazim Abbasov adlı ədalətsiz idarə rəisi məni sözün əsl mənasında dolamaqla məşğuldur", - deyə müraciətdə deyilir.
Şikayətçi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit götürmək istədiyini bildirib. Lakin orada ondan rüşvət tələb edildiyini iddia edir. Şikayəti də bu məsələnin araşdırılması və müvafiq tədbirin görülməsi ilə bağlıdır.
Əli Hüseynov deyir ki, Baş Prokurorluq isə məsələni araşdırmaq əvəzinə müraciətlərini şikayətçi olduğu quruma göndərir. Bildirir ki, Nazim Abbasov kimi idarə rəislərinin sifarişi ilə bir qarış hündürlükdə olan materiallar araşdırılmamış qalıb.
Məktubda deyilir ki, bu məsələni də açıq şəkildə ört-basdır etmək istəyirlər, şəhid atasını süründürməçiliyə məruz qoyurlar. Şəhid atası dediklərini əsaslandırmaq üçün Nazim Abbasovun 17.03.2017-ci il tarixli və Yasamal rayon prokuroru Rasim Hacıyevin “məktubunu” da Mehriban Əliyevaya göndərib.
"Hörmətli Mehriban xanım, xahiş edirəm ki, şəhid atasını süründürməçiliyə məruz qoyan məmurların cəzalandırılmasını, Yasamal Rayon Prokurorluğunakı materialların araşdırılmasını təmin edəsniz, eyni zamanda bir şəhid atası kimi məni qəbul edərək dinləyəsiniz", - deyə Əli Hüseynov yazıb.
Məsələ ilə bağlı ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun