"Qasırğa gözlənildiyinə baxmayaraq neftçilər hələ də təxliyə olunmayıb"

"Qasırğa gözlənildiyinə baxmayaraq neftçilər hələ də təxliyə olunmayıb"
30 Mart 2017
Mətni dəyiş
“Qasırğa gözlənilməsinə baxmayaraq “28 may” “Günəşli” yatağlarında hələ də təxliyə olmayıb”
Bu sözləri Abzas.net-ə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, Martın 31-də gözlənilən qasırğa ilə əlaqədar Azneft İB-nin tərkibinə daxil olan “Neft Daşları NQÇİ”, “Nərimanneft" və "Abşeronneft"-ə məxsus təhlükəli ərazilərdən işçilər çıxarılıb.
“Sahilə çıxarılan işçilərin sayı ilə əlaqədar məlumatı dəqiqləşdirməyə çalışırıq. Bəzi ərazilərdən işçilər tam tərkiblə çıxarılıb, bəzilərində isə işçi sayı minimuma endirilib. Neft Daşlarından çıxarılan işçilərin sayı 35 nəfərdir” – deyə M.Qəhrəmanlı bildirib.
[caption id="attachment_19778" align="alignnone" width="1200"] Mirvari Qəhrəmanlı[/caption]
Mirvari Qəhrəmanlı deyir ki, əsas narahatlıq “28 may” və “Günəşli” neft yatağları ilə əlaqədardır.
“Mən 10-cu platforma ilə əlaqə saxladım, dedilər ki, bizi hələ də çıxarmayıblar. Yəqin hesab edirlər ki, platforma təhlükəli deyil. Ancaq hər dəfə qasırğadan öncə işçilərin sayı minimuma endirilməlidir. Ona görə ki, platformalarda təkcə neft çıxarma operatorları yox, başqa işçilər də olur. Məsəl üçün, aşpazlar, tikinti idarəsi və s. Bu işlər əslində saxlanıla bilən işlərdir. Yəqin düşünürlər ki, təhlükəli deyil. Ancaq gördük ki, 10-cu platformada yanğın baş verdi. Yəni, təhlükəsizlik tam təmin olunmalıdır” – deyə Mirvari Qəhrəmanlı deyib.
Qeyd edək ki, Mirvari Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, 31 martda qasırğa gözlənilir və neftçilər hələ də tam şəkildə platformalardan çıxarılmayıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun