Ötən gündən sosial şəbəkənin ən çox müzakirə olunan məsələlərindən biri jurnalist Xaqani Səfəroğlunun metroda "öpüşmək istəyən" gənclərlə bağlı yazdığı facebook statusu olub.
Abzas.net xəbər verir ki, jurnalist yazdığı statusa görə müxtəlif fikirlər səslənib. Bir qrup insan müdafiə edib, bir qrup insan əleyhinə çıxıb, onu ciddi tənqid edib. Əsasən də gənclər jurnalistin dediklərinə sərt reaksiya veriblər.
Tənqidlərdən sonra X.Səfəroğlu ictimaiyyətə açıq olan statusunu ancaq dostları üçün açıq saxlayıb.
[caption id="attachment_29797" align="alignnone" width="990"]

Jurnalist Xaqani Səfəroğlu[/caption]
Xaqani Səfəroğlu yazısında bildirib ki, Metro qatarında övladları ilə gedirmiş. İki nəfər gənc qarşı oturacaqda oturub. Qız və oğlan.
"Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 may"çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar. Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!"
[caption id="attachment_29817" align="alignnone" width="1000"]

Jurnalist Rövşən Əliyev[/caption]
Çexiyada yaşayan jurnalist Rövşən Əliyev Xaqani Səfəroğlunun hərəkətini tənqid edib. Bildirib ki, yazılan statusda iki məsələ var:
"Biri bəlkə mübahisəli sayıla bilər: ictimai yerdə öpüşmək olar, ya yox. İkinci məsələ mübahisəsiz qanun pozuntusu, bəlkə də cinayətdir: gənclərə "eşşək" deyib, təpik vurub ictimai nəqliyyatdan qovmaq".
Publisist, fizik Yalçın İslamzadə sosial şəbəkədə hadisə ilə bağlı fikrini açıqlayıb. Bildirib ki, metroda öpüşmək, ictimai-mədəni normalara (hüquqla tənzimlənməyən, verilmiş bir mədəniyyətdə mövcud dəyərlər sisteminə görə müəyyən vəziyyətdə edilməsi umulan və ya edilməməsi umulan davranışlar) uyğun sayılmaya bilər: "Bu halda xəbərdarlıq etmək mümkündür. Təpik atmaq isə zorakılıqdır, qanun pozuntusudur".
[caption id="attachment_16017" align="alignnone" width="2048"]

Zamin Hacı[/caption]
Publisist Zamin Hacı da məsələyə münasibətini bildirib: "Metroda öpüşən gənclər görsəniz siz də onları qucaqlayın, əllərindən öpün. Deyin sizin qadanızı alım, əcəb eləyirsiniz bu cür axmaq dövrdə bir-birinizi sevirsiniz. Belə söylədi Zamin".
Hüquqşunas Xalid Bağırov jurnalistin gənclərə reaksiyasına belə fikir bildirib: "Öpüşün, millət öpüşün. Təki oğurluq və yaltaqlıq etməyin. Yarın ləbləri, hakimin yalanan nimçəsindən çox daha halaldır".
[caption id="attachment_29806" align="alignnone" width="1268"]

Xalid Bağırov[/caption]
Hüquqşunas Əkrəm Həsənov isə həmin mövqeni müdafiə edənlərdəndir. O deyir ki, Konstitusiyada elə Qərb hüququndan götürdüyümüz "ictimai əxlaq" məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır.
"O da ola ictimai nəqliyyatda yol gedəndə. İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var (Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir!). Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunması idi".
Vəkil əlavə edir ki, hüquqi tərəfdən başqa məsələnin dini tərəfi də var. O, qəbul edir ki, Azərbaycanda ateistlər, deistlər və bu kimi digərləri də var. Amma müsəlmanlar mütləq çoxluq təşkil edir.
[caption id="attachment_18464" align="alignnone" width="1024"]

Əkrəm Həsənov[/caption]
"İslamın əxlaq normaları isə bəllidir. Eyni zamanda müsəlman bacı və qardaşlarıma belə hallara təəccüblənməməyi tövsiyə edirəm. Peyğəmbərimiz (SAS) buyurmuşdur:
1. «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar».
2. «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər.
Publisist Yalçın İslamzadə vəkil Əkrəm Həsənovun fikirlərinə reaksiya verib. Publisist hüquqşunasın əsaslandırmasına belə münasibət bildirib: "Öpüşə təpik" aksiyasına bir molla da dəstək verib. Belə yerdə deyiblər "bir sən əksik idin".
Yalçın İslamzadə deyib ki, o, dinin makro və mikro miqyaslarda özünə yer tapmasını anlayır. İlk səbəbi elm aşkarlamayıbsa, kimiləri "açıqlama gücü olmayan parametrlərin sayını artırmayaq" deyib. Tanrını işin içinə daxil etməyə bilərlər. Kimiləri də "inanırıq ki, Tanrı yaratdı" deyə bilərlər:
"Bu mövzu hazırda elmi üsullarla açıqlığa qovuşdurula bilməz. Elm danışmadığı sahədə isə müzakirə uzanar, nəticəsiz davam edər. Mikromiqyasda kimsə dinə görə tutaq ki, içki içməz yaxud saçını örtə bilər. Çətin anlarında dua edib psixoloji güc qazana bilər. Bu onun haqqıdır və belə anlarda, fərdi həyatı sistemə qoymaqda din faydalı ola bilər.
Ancaq orta-ölçüdə, cəmiyyət miqyasında, ictimai məsələlərdə bizə dini görüşləri təlqin etmək istəyən ilahiyyatçılar, mollalar konstruktiv fikir bildirə bilmirlər. Cəmiyyət quruculuğu mollalarlıq deyil. Mollaların söz sahibi olduqları ölkələrdə yaşamaq istəməzlər.
[caption id="attachment_29803" align="alignnone" width="960"]

Yalçın İslamzadə[/caption]
İnanclı olmaq isə fərqlidir. "Qızlar aman oxumasın, işləməsin" deyən Cübbəli molladır, çünkü ona cəmiyyətin geri qalması sərf edir ki, insanları istismar etsin. Qızların oxuması üçün məktəb açan Hacı Zeynalabidin isə inanclıdır, cəmiyyətinin digər yarısının da inkişaf etməsini istəyirdi. İnanclılar elmlə məşğul ola, cəmiyyətə əlavə dəyər yarada bilərlər, bunu edirlər.
Mollalar isə tarixi geri qaytarıb özlərini istismarçı zümrə kimi təqdim edirlər. Heç bir əlavə dəyər yaratmadan, geriçi şüarları təkrar etməklə lüks həyat yaşayırlar. Müftəxorluq edirlər. Belə mollalara inanclılar qarşı çıxmalıdırlar ki, sonra mollalara qarşı çıxanları din düşməni adlandırmasınlar, hətta "bu əsl din deyil" deyib özlərini onlardan ayırmaq məcburiyyətində qalmasınlar".
Y.Islamzadə əlavə edib ki, digər tərəfdən, "qadınlar oxumasın, kişilərlə bir yerdə işləməsin" deyən Cübbəlikimlərdən fərqli olaraq, Səudiyyə Ərəbistanında son iki kral onların ölçülərinə görə reformist sayıla bilərlər:
"Qadınların bələdiyyə seçkilərində namizəd kimi iştirakını təmin ediblər. Bir qadını işə götürən şirkət 20 expat işə almaq hüququ qazanır. Elə olmasın ki, başqa ölkələr inkişaf edərkən biz onların təbliğatına uyub geri düşək və onların quyruğuna girək".
Mözvu ilə bağlı Bakı Metropoliteni mətbuat xidmətinin rəisi Nəsimi Paşayev mətbuata açıqlama verib. O bildirib ki, Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir, ona görə, zərərçəkənlər də belə hadisə ilə qarşılaşanda stansiyaya çatdıqda polisə müraciət etməlidirlər.