16 Mart 2017
Mətni dəyiş
Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var.
APA-nın məlumatına görə, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.
"Körfəz ölkələrindən Bakı istiqamətindəki uçuşlara böyük tələbat var. Söhbət həm "Air Arabia", həm də "FlyDubai" aviaşirkətinin yerinə yetirdiyi reyslərə olan tələbatdan gedir. Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib", - deyə o bildirib.