Hökumət dələduzluğa görə həbs edilən sabiq dekan müavininə də qrant ayırıb

Hökumət dələduzluğa görə həbs edilən sabiq dekan müavininə də qrant ayırıb
11 Mart 2017
Mətni dəyiş
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci ilin birinci qrant müsabiqəsinin qaliblərini açıqlayıb. Müsabiqə çərçivəsində 317 QHT-nin layihəsinə maliyyə yardımı ayırıb.
Abzas.net xəbər verir ki, şuranın maliyyə ayırdığı QHT-lər arasında "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə" İctimai Birliyinin təqdim etdiyi "Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü" adlı layihə də var. Şura bu layihəyə 7 min manat vəsait ayırdığını elan edib.
Müsabiqənin elan olunan nəticələrində bu QHT-nin sədri kimi Məhəmməd İmanlı təqdim olunub.  Məhəmməd İmanlı 3 il əvvəl dələduzluq və korrupsiya maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir.
BDU hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlı 5 may 2012-ci il tarixdə yaşadığı evdə külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Məhəmməd İmanlı CM 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun