16 Mart 2017
Mətni dəyiş
“Adətən “SOCAR” qazı “SOCAR Georgia” şirkətinə satır. “SOCAR Georgia” şirkəti də Gürcüstandakı Dini Məbədləri pulsuz qazla təmin edir"
Bu sözləri Abzas.net-ə "SOCAR"-ın Gürcüstanda daha 19 məscidi mavi yanacaqla təmin etməsi məsələsinə münasibət bildirərkən eksper İlham Şaban deyib.
İlham Şabanın sözlərinə görə, Gürcüstan hökuməti ilə bağlanmış ikitərəfli sazişə uyğun olaraq, “SOCAR Georgia” Gürcüstandakı Dini Məbədləri pulsuz qazla təmin edir.
“Burada qaz paylayıcı şəbəkə “SOCAR Georgia” qazdır. “SOCAR Georgia” qaz Gürcüstan hökuməti ilə bağlanmış ikitərəfli sazişə uyğun olaraq Gürcüstandakı öz hesabından pulsuz olaraq Gürcüstandakı Dini Məbədləri qazla təmin edir” – deyə İ.Şaban bildirib.
Ekspert deyir ki, burada söhbət çox kiçik həcmli qazdan gedir.
“Gürcüstandakı Dini Məbədlər Azərbaycandakı kimi böyük və çox təlabatlı deyil. Oradakı məscidlər 50-100 kvadratlıq məscidlərdir. Ona görə də verilən qazın həcmi çox da böyük olmur” – deyə İlham Şaban bildirib.
Abzas.net SOCAR-la əlaqə saxlayıb məsələyə münasibət öyrənməyə çalışsa da, telefon zənglərimizi açan olmayıb.
Gürcüstan Müsəlmanları İdarəsi ilə “SOCAR Georgia” şirkəti Gürcüstandakı daha 19 məscidin pulsuz olaraq təbii qazla təmin olunması barədə razılığa gəliblər.
GMİ-nin sədri Ramin İgidov deyib ki, “SOCAR Georgia” 2016-cı ilin sonunadək Gürcüstanda digər dinlərə məxsus məbədlərlə yanaşı 20 məscidi də təmənnasız olaraq təbii qazla təmin edib. Bu ildən etibarən isə həmin siyahıya daha 19 məscid əlavə olunacaq. Bununla da Gürcüstanda “mavi yanacaqla” təmənnasız təmin olunan məscidlərin sayın 39-da çatacaq.