Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib

Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib
14 Mart 2017
Mətni dəyiş
Nazirlər Kabineti  "Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası"nı təsdiqləyib.
"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Bu qayda dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanmasını, ekspertizasını, təsdiqini, test imtahanının təşkilini, keçirilməsini, qiymətləndirmənin aparılmasını tənzimləyir.
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli qərar ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun