Bu il sınaq imtahanlarının sayı azaldılacaq

Bu il sınaq imtahanlarının sayı azaldılacaq
7 Mart 2017
Mətni dəyiş
"Bu il sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".
Abzas.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır: "Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".
M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun