Bu gündən magistraturaya sənəd qəbulu başlayıb

Bu gündən magistraturaya sənəd qəbulu başlayıb
10 Mart 2017
Mətni dəyiş
Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən magistraturaya sənəd qəbuluna başlayıb.
DİM-dən Abzas.net-ə verilən məlumata görə, martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya sənəd qəbulu aparılacaq.
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək.
Qeyd edək ki, 2 saylı "Magistr" jurnalı bu gün satışda olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun