BMT İnsan Haqları Şurasında Azərbaycanla bağlı dinləmə olub

BMT İnsan Haqları Şurasında Azərbaycanla bağlı dinləmə olub
7 Mart 2017
Mətni dəyiş
Martın 7-də Cenevrədə BMT İnsan Haqları Şurasının növbəti, 34-cü sessiyasında Azərbaycandakı durumla bağlı dinləmə keçirilib. Dinləmədə Azərbaycandakı insan haqlarının vəziyyəti müzakirə olub.
Abzas.net xəbər verir ki, tədbirdə BMT-nin hüquq müdafiəçiləri və sərbəst toplaşma azadlığı üzrə xüsusi məruzəçiləri, RATİ təsisçisi Emin Hüseynov, NİDA beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamil və Beynəlxalq Mediaya Dəstək təşkilatından Gülnara Axundova çıxış ediblər.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl ölkədən çıxış qadağasına görə iştirak edə bilməsə də, Skype vasitəsilə tədbirə qoşulub və çıxışını səsləndirib.
Müzakirə olunan məsələlər əsasən Azərbaycanda davam edən repessiyalar, xüsusilə də blogger Mehman Hüseynovun həbsi, media və vətəndaş cəmiyyətinə təzyiqlər və təqiblər olub. Panelistlər BMT-ni və digər beynəlxalq təşkilatları islahatlar aparana qədər Azərbaycan hökümətinə qarşı tədbirlər görməyə çağırıblar.
Tədbirə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadiqov da qatılıb. O, söz alaraq çıxış edənləri nağıllar səsləndirməkdə günahlandırdıqdan sonra zalı tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun