15 Mart 2017
Mətni dəyiş
"Bakı şəhərinin 1-ci mikrorayonunda həyata keçiriləcək yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək".
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, yeni tikilən binaların sayı isə 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: "Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park salınacaq və insanların ümumi istifadəsində olan ərazilər artacaq, yaşıllıq sahələri genişlənəcək. Yenidənqurma işlər çərçivəsində həmin ərazidən 1729 ailə köçürüləcək".