Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında martın 3-dən etibarən gediş haqqı tariflərində dəyişiklik ediləcək.
Abzas.net xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
İstiqamət |
Tarif (manatla) |
|
ekonom |
biznes |
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) |
1.0 |
1.60 |
Bakı-Biləcəri (Biləcəri-Bakı) |
0.40 |
1.20 |
Bakı-Xırdalan (Xırdalan-Bakı) |
0.60 |
1.40 |
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) |
0.40 |
0.80 |
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) |
0.80 |
1.40 |
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) |
0.60 |
1.20 |
Bundan əvvəl elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı kimi idi:
İstiqamət |
Tarif (manatla) |
|
ekonom |
biznes |
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) |
0.80 |
1.20 |
Bakı-Biləcəri (Biləcəri-Bakı) |
0.30 |
0.80 |
Bakı-Xırdalan (Xırdalan-Bakı) |
0.40 |
1.0 |
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) |
0.20 |
0.40 |
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) |
0.60 |
1.0 |
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) |
0.40 |
0.80 |