Bəşir Süleymanlı ailəsinə təzyiq olunduğunu deyir

Bəşir Süleymanlı ailəsinə təzyiq olunduğunu deyir
31 Mart 2017
Mətni dəyiş
Martın 30-da hüquq müdafiəçisi Bəşir Süleymanlının atası Yevlax polisinə aparılıb. 
Abzas.net xəbər verir ki, bu barədə Bəşir Süleymanlının özü şəxsi "Facebook" hesabında yazıb.
"Dünən Yevlax şəhərində yaşayan atamı polis idarəsinə aparıblar. Polis rəisi ondan novruz bayramında rayona gəlməyim, yaxın qohumlarım, telefon və maşınımın nömrəsi bağlı soruşub. Bu sorğu-sual mütamadi xarakter daşıdığı və valideynlərimin səhhətində narahatlığa səbəb olduğu üçün ictimailəşdirməyə məcbur oldum." - deyə Bəşir Süleymanlı yazıb.
O əlavə edib ki, ailə üzvləri təzyiqlər nəticəsində sarsıntı keçirib:
"Bu təzyiqlərə görə anam ağır diabetə tutulub, ötən aylarda ürəyində ağır əməliyyat edilib. Məni bu təqiblər narahat etmir. Sadəcə əgər kiminsə mənim fəaliyyətimlə bağlı narahatlığı varsa şəxsən özümü məsuliyyətə cəlb edə bilər. Amma valideynlərimin həyatında dəyişiklik baş versə buna görə məsuliyyəti siyasi hakimiyyət daşıyacaq."
Bəşir Süleymanlı Azərbaycanda fəaliyyət göstərən insan haqları fəalıdır. Seçki müşahidəçiliyi üzrə mütəxəssisləşmiş "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" mərkəzinin icraçı direktoru olub. 2014-cü ildə həbs olunub və bir il sonra azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun