ATV-nin yayımının dayanmasının səbəbi açıqlanıb

ATV-nin yayımının dayanmasının səbəbi açıqlanıb
6 Mart 2017
Mətni dəyiş
“Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.
Telekanaldan APA-ya verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.
“Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, - deyə bildirilib.
O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun