Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb
17 Mart 2017
Mətni dəyiş
Ötən gün Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb.
Abzas.net xəbər verir ki, Əfv sərəncamı ümumilikdə 423 nəfərə şamil olunub.
Əfv olunanlar arasında NİDA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilov, AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zayıdov da var. Meydan TV-nin baş redaktoru Emin Millinin qaynı Nazim Ağabəyovun üzərində olan şərti cəza isə ləğv edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun