Xakerlər "DəmirBank"dan 3 milyon dollar oğurlayıb?

Xakerlər "DəmirBank"dan 3 milyon dollar oğurlayıb?
11 Fevral 2017
Mətni dəyiş
“DəmirBank”dan 3 milyon dollar yoxa çıxıb. Vəsaitin ayrı-ayrı hesablardan oğurlandığı bildirilir. 
Abzas.net xəbər verir ki, bank sistemindəki mənbənin verdiyi məlumata görə, hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakerlər tərəfindən oğurlanıb. Hazırda bankda bununla bağlı araşdırmalar aparılır.
Faktla bağlı “DəmirBank”ın marketinq direktoru Anar Bayramov fins.az-a açıqlamasında bu məsələ ilə bağlı informasiyaya malik olmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun