Xəzər dənizində meyit aşkar edilib

Xəzər dənizində meyit aşkar edilib
18 Fevral 2017
Mətni dəyiş
Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində dənizin sahilə yaxın hissəində meyit tapılıb.
Abzas.net xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Sərhəd Xidməti yayıb.
Açıqlamaya görə, sahil nəzarəti həyata keçirən sərhəd naryadXəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit görüb.
Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin dekabrın 15-də Qaradağ rayonu Nəriman Nərimanov qaz-neft çıxarma idarəsinin 1 saylı mədənində səhərə yaxın güclü külək əsməsi nəticəsində estakadını bir hissəsi və üzərindəki budka 10 neftçilə birgə dənizə düşüb. Onlardan hələlik ikisinin meyiti tapılıb. Qalanları itkin düşmüş sayılır. Tapılan meyidin həmi dənizçilərdən birinə aid olacağı ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun